Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib

Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib Mütləq döyüş çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib.
Fərdi
26 Sentyabr , 2019 12:40
Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib

Mütləq döyüş çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Rizvan Maqomedov bildirib. O deyib ki, Nurməhəmmədov növbəti görüşünü 2020-ci ilin mart və ya aprel ayında keçirəcək. Döyüşün keçiriləcəyi yer isə hələlik müzakirə olunmayıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov sentyabrın 7-də ABŞ idmançısı Dastin Poryeni məğlub edərək UFC titulunu özündə saxlayıb. 31 yaşlı idmançının 28 qələbəsi var. O, hələlik məğlubiyyətlə üzləşməyib. 

Son xəbərlər

Orphus sistemi