Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəlib

Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəlib Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində 8-ci yerdən 2-ci pilləyə yüksəlib.
Fərdi
9 Oktyabr , 2018 11:08
Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəlib
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində 8-ci yerdən 2-ci pilləyə yüksəlib.

“Report” xəbər verir ki, 30 yaşlı döyüşçü buna ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruması sayəsində nail olub. 

Görüşün 4-cü raundunda rəqibin boğma fəndindən sonra təslim olan K.Makqreqor isə 2-ci sıradan 8-ci yerə enib.

Qeyd edək ki, reytinqdə ilk sırada amerikalı Deniel Kormye qərarlaşıb. Onun həmyerlisi Ti Cey Dillaşou isə 3-cü pillədədir.

Son xəbərlər

Orphus sistemi