Yuxarı

Azərbaycan atleti Brilliant Liqada gümüş medal qazanıb

Hayle İbrahimov olimpiadaya fərdi proqram əsasında hazırlıq keçir

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanlı atlet Hayle İbrahimov Mərakeşin paytaxtı Rabatda ölkənin hazırkı kralı VI Məhəmmədin şərəfinə keçirilən Brilliant Liqa seriyalı beynəlxalq turnirdə gümüş medal qazanıb. "Report"un məlumatına görə, 26 yaşlı atlet 3000 metr məsafəni 7 dəqiqə 37,76 saniyəyə qət edib.

İbrahimov yalnız mərakeşli Abdelaati İquiderdən 0,91 saniyə geri qalıb. İlk üçlüyü isə 7 dəqiqə 39,51 saniyə göstərici ilə ispaniyalı Adel Meçaal qapayıb.

Qeyd edək ki, Hayle İbrahimov Azərbaycanın 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış 3 atletindən biridir. Olimpiadaya fərdi proqramla hazırlaşan İbrahimov üçün bu, Brilliant Liqa seriyalı ilk turnir olub.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi