Hacı Əliyevin İslamiadada iki dəfə medal kürsüsünə dəvət olunmasının səbəbi bilinib

Hacı Əliyevin İslamiadada iki dəfə medal kürsüsünə dəvət olunmasının səbəbi bilinib Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 65 kq çəki dərəcəsində çempion olan sərbəst güləşçi Hacı Əliyevin medal kürsüsünə iki dəfə qalxmasının səbəbi bilinib.
Fərdi
11 Avqust , 2022 12:31
Hacı Əliyevin İslamiadada iki dəfə medal kürsüsünə dəvət olunmasının səbəbi bilinib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 65 kq çəki dərəcəsində çempion olan sərbəst güləşçi Hacı Əliyevin medal kürsüsünə iki dəfə qalxmasının səbəbi bilinib.

"Report"un məlumatına görə, təşkilatçılar gümüş medal qazanmış Zəlimxan Abakarovun şərəfinə qaldırılmış Albaniya bayrağını səhv salıblar. Onun yerinə Əlcəzairin bayrağı qaldırılıb.

Təşkilatçılar daha sonra bu səhvi aradan qaldırıb. İdmançılar bu səbəbdən ikinci dəfə fəxri kürsüyə dəvət olunublar.

Onu da bildirək ki, milliyyətcə çeçen olan Zəlimxan Abakarovun şəxsi məşqçisi Azərbaycanın sərbəst güləş millisinin məşqçisi Zəlimxan Hüseynovdur.

Son xəbərlər

Orphus sistemi