Hacı Əliyev: "Rusiya güləşçilərinin yarışda olmaması əlavə üstünlükdür"

Hacı Əliyev: "Rusiya güləşçilərinin yarışda olmaması əlavə üstünlükdür" "Rusiya güləşçilərinin yarışda olmaması tək mənim üçün yox, digər təmsilçilərimiz üçün də əlavə üstünlükdür".
Fərdi
11 Mart , 2022 14:13
Hacı Əliyev: Rusiya güləşçilərinin yarışda olmaması əlavə üstünlükdür
Hacı Əliyev

"Rusiya güləşçilərinin yarışda olmaması tək mənim üçün yox, digər təmsilçilərimiz üçün də əlavə üstünlükdür".

Bunu "Report"a müsahibəsində Azərbaycanın sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Rusiya idmançılarına Ukrayna ilə müharibəyə görə tətbiq olunan sanksiyalarla bağlı danışarkən deyib.

31 yaşlı pəhləvan əsas rəqiblərinin Rusiya təmsilçiləri olduğunu bildirib: "Həmin idmançıların qarşıdakı yarışlarda olmaması güləşçilərimiz üçün də müsbət amildir. Yəni, çempionluq şansımız daha da çoxalır. Rusiya idmançıları dünya güləşində böyük gücə sahibdirlər. Qarşıdakı Avropa çempionatında ən güclü rəqiblərimdən biri olmayacaq. Amma istəməzdim ki, belə bir hadisə olsun. Çünki bütün idmançılar əziyyət çəkirlər. Avropa çempionatına hazırlaşanların zəhməti də hədər gedir. Kiminsə əziyyətinin yerdə qalmasını istəməzdim".

Hacı Əliyevin müsahibəsini ətraflı şəkildə buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi