Yuxarı

​Hacı Əliyev: "Dua edirdim ki, qızımın boynundan qızıl medal asım"

Qələbəmi qızıma həsr edirəm

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Hər yarışın öz çətinliyi olur. Dünya çempionatında həyatımda ilk dəfə olaraq güləş zamanı qrupum o birilərinə nisbətən yaxşı oldu və bundan da istifadə etdim, boşluq buraxmadım və çempion oldum". "Report"un Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanan Hacı Əliyev deyib.

İkiqat dünya çempionu olan azərbaycanlı pəhləvan final görüşü ilə bağlı təəssüratlarını bildirib: "Finala çıxanda fikirləşirdim ki, ikiqat dünya çempionu olmaqla tarix yaza bilərəm. Bunu bacardım və mənim üçün çox sevindirici haldır. Çalışacam ki, üçüncü, dördüncü çempionluğum da olsun. Nə qədər ki, idmandayam çempion olmaq üçün çalışacam. Qələbəmi Azərbaycan xalqına hədiyyə edirəm".

61 kq çəkidə qızıl medal qazanan sərbəst güləşçi qız övladının dünyaya gəldiyinu və qələbəsini ona həsr etdiyini deyib: "Dünya çempionatına gəlməmişdən öncə övladım dünyaya gəlib. Hər dəfə dua edirdim ki, evə qayıdanda körpə qızımın boynundan qızıl medal asa bilim. Qələbəmi qızıma həsr edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi