Rusiyada yaşayan gürcü qadın cüdoçu Azərbaycan millisinə təklif olunub

Rusiyada yaşayan gürcü qadın cüdoçu Azərbaycan millisinə təklif olunub Hazırda danışıqlar gedir
Fərdi
6 Yanvar , 2017 13:04
Rusiyada yaşayan gürcü qadın cüdoçu Azərbaycan millisinə təklif olunub

Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiyalı qadın cüdoçu Kseniya Tuquşi Azərbaycan millisinə təklif olunub. Bu barədə "Report"a qonşu ölkənin Şimal-Qərb Federal Dairəsində cüdonun inkişafına cavabdeh olan əslən azərbaycanlı məşqçi Elman Qurbanov məlumat verib.

O bildirib ki, yetirməsi olan 23 yaşlı idmançının keçidi ilə bağlı hazırda danışıqlar gedir: "Tuquşi milliyyətcə gürcüdür, 48 kq çəki dərəcəsində iki dəfə Rusiya çempionatının bürünc mükafatçısı, gənclər arasında Rusiya Kubokunda gümüş və bürünc mükafatçı olub, Avropa Kubokunda çıxış edib. Bilirəm ki, Azərbaycanda qadın cüdoçulara böyük ehtiyac var. Mən də öz ölkəmə əlimdən gələn köməyi göstərmək üçün yetirməm olan Kseniyanı təklif etmişəm. Hazırda Azərbaycan Cüdo Federasiyası ilə danışıqlar gedir. Alınsa, onu Bakıya gətirəcəyəm".

Qeyd edək ki, Elman Qurbanov Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi seminarla əlaqədar hazırda Azərbaycan paytaxtında səfərdədir.

Son xəbərlər

Orphus sistemi