Yuxarı
    Bağlamaq

    Gürcüstanın ən güclü avarçəkəni: "Qoşunlarınız erməniləri geri çəkilməyə məcbur edibsə, deməli, onlara belə lazımdır"

    Bilirik ki, Qarabağ sizin ərazi, sizin torpağınızdır

    Bakı. 4 aprel. REPORT.AZ/ Gürcüstanın ən güclü avarçəkəni, 23 yaşadək kanoeçilər arasında dünya çempionatının bürünc mükafatçısı Zaza Nadiradze Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyin başlamasından Mingəçevirdə təlim-məşq toplanışında olduğu vaxt xəbər tutub. Gənc idmançı "Report"a açıqlamasında Azərbaycan tərəfinin münaqişədə haqlı tərəf olduğunu bildirib.

    O deyib ki, Dağlıq Qarabağın tarixçəsindən məlumatlıdır: "Müharibə başlayıb? Bu, yaxşı xəbər deyil. Qoşunlarınız erməniləri geri çəkilməyə məcbur edibsə, deməli, onlara belə lazımdır. Əlbəttə, bu münaqişədən xəbərdaram. Bir gürcüstanlı kimi tarixçəsini bilirəm. Bizi öyrədiblər. Bilirik ki, Qarabağ sizin ərazi, sizin torpağınızdır".

    Bununla belə, Z.Nadiradze Ermənistanın Rusiya tərəfindən dəstəkləndiyini də əlavə edib: "Erməninin "krışa"sı var. Bu, Rusiya Federasiyasıdır. Rusiya Qarabağda müharibə başlada bilər. Müharibə nəticəsində siz torpağınızı aldıqdan sonra deyəcəklər ki, ermənilər bizim dostlarımızdır, nəyə görə onları öldürürsünüz? Sonra da Gürcüstanda olduğu kimi, öz qoşunlarını münaqişəyə cəlb edəcəklər. Biz də Tsxinvalidə öz torpaqlarımıza daxil olmuşduq. Ruslar isə "Hara girirsiniz, bunlar bizim dostlarımızdır" dedilər. Beləliklə, Gürcüstanla Rusiya arasında müharibə başladı".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi