Gürcüstanın azərbaycanlı boksçusu olimpiadaya lisenziya qazandı

Gürcüstanın azərbaycanlı boksçusu olimpiadaya lisenziya qazandı Gürcüstanın boks üzrə milli komandasının üzvü Sahil Allahverdiyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Fərdi
17 Mart , 2020 10:10
Gürcüstanın azərbaycanlı boksçusu olimpiadaya lisenziya qazandı

Gürcüstanın boks üzrə milli komandasının üzvü Sahil Allahverdiyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Boks Federasiyası məlumat yayıb.

S.Allahverdiyev ötən gün Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 52 kq çəki dərəcəsində serbiyalı boksçu Janjic Dusana qalib gəlib.

Qeyd edək ki, 21 yaşlı azərbaycanlı boksçu “Minsk 2019” II Avropa Oyunları və 2018-ci ildə İspaniyada keçirilən Avropa Birliyi ölkələrinin boks üzrə çempionatında gümüş medallar qazanıb.

Son xəbərlər

Orphus sistemi