Gürcüstanda Heydər Əliyevin xatirəsinə güləş turnirinə yekun vuruldu

Gürcüstanda Heydər Əliyevin xatirəsinə güləş turnirinə yekun vuruldu Turnirin qaliblərinə kubok, medallar, pul mükafatları və sertifikatlar təqdim olunub
Fərdi
10 May , 2021 14:09
Gürcüstanda Heydər Əliyevin xatirəsinə güləş turnirinə yekun vuruldu

Gürcüstanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə Dostluq turniri başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, Marneulidə yarışın final görüşləri və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstan parlamentinin üzvləri, güləş federasiyasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Səfirlik və Gürcüstanın Azərbaycanlı İdmançılar Birliyinin birgə təşkil etdiyi yarışa 20 - 75 kiloqram çəki kateqoriyaları üzrə 16 idman klubunun 150-yə yaxın idmançısı qatılıb.

Turnirin qaliblərinə kubok, medallar, pul mükafatları və sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi