Gürcüstanda beynəlxalq idman yarışları təxirə salındı

Gürcüstanda beynəlxalq idman yarışları təxirə salındı Gürcüstanda Olimpiya oyunlarına seçmə xarakteri daşıyan bir sıra yarışlar təxirə salınıb.
Fərdi
13 Mart , 2020 18:07
Gürcüstanda beynəlxalq idman yarışları təxirə salındı

Gürcüstanda Olimpiya oyunlarına seçmə xarakteri daşıyan bir sıra yarışlar təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Olimpiya Komitəsindən (MOK) bildirilib.

Qeyd olunub ki, mart ayında keçirilməsi planlaşdırılan güləş, ağır atletika, cüdo və su polosu üzrə beynəlxalq yarışlar ləğv edilib.

Komitə müvafiq beynəlxalq idman federasiyaları ilə birgə yarışların yeni cədvəlini müəyyən edəcək.

MOK Gürcüstan idmançılarına müraciət edərək onları Tokio Olimpiya Oyunlarına hazırlaşmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi