Gürcü idmançı buza kəllə vurdu, başına tikiş atıldı

Gürcü idmançı buza kəllə vurdu, başına tikiş atıldı Mütləq Döyüş Çempionatında (UFC) çıxış edən gürcüstanlı Merab Dvalişvili donmuş gölməçəyə kəllə vurub.
Fərdi
4 Fevral , 2021 17:24
Gürcü idmançı buza kəllə vurdu, başına tikiş atıldı
Merab Dvalişvili

Mütləq Döyüş Çempionatında (UFC) çıxış edən gürcüstanlı Merab Dvalişvili donmuş gölməçəyə kəllə vurub.

"Report" xəbər verir ki, buz qatı qalın olduğu üçün döyüşçü başından ağır zədə alıb.

İdmançı sosial şəbəkədəki açıqlamasında başına tikiş atıldığını bildirib: "Parkda məşq etmək və qaçmaq üçün əla bir gün olduğunu düşündüm. Sonra qar və su olduğunu zənn etdiyim gölməçə gördüm. Lakin buz və ağac budaqları var imiş. Buzları sındırandan sonra dərimin partladığını hiss etdim".

Qeyd edək ki, Merab Dvalişvili UFC-də 9 qələbə qazanıb və 3 dəfə məğlub olub.

Son xəbərlər

Orphus sistemi