Günay Qurbanova yenidən Avropa çempionu olub
Fərdi
- 03 iyul, 2025
- 22:46
İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.
"Report" xəbər verir ki, bu gün qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.
Dünən bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, güləşçimiz bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.
Son xəbərlər
20:14
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatıb
Biznes20:11
Foto
Kritik xammal resurslarının iqtisadi təhlükəsizlikdə rolu müzakirə olunub
Biznes20:08
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi Çexiyanı məğlub edib
Fərdi20:07
Ceyhun Bayramov: İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması üçün həyati əhəmiyyət daşıyır
Xarici siyasət20:05
Foto
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Hadisə19:59
Foto
Azərbaycan və Afrika ölkələri arasında əlaqələrin inkişafı müzakirə edilib
Biznes19:58
İtaliya şirkəti Azərbaycanda plazma preparatları istehsalı və tədqiqat mərkəzi qurmağı planlaşdırır
Biznes19:57
Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib
Futbol19:56