Güləşçimizi məğlub edən Rusiya təmsilçisi olimpiya çempionu elan edildi

Güləşçimizi məğlub edən Rusiya təmsilçisi olimpiya çempionu elan edildi Beynəlxalq Olimpiya Komitəsi (IOC) rusiyalı sərbəst güləşçi Bilal Maxovu 2012 London Yay Olimpiya Oyunlarının qalibi kimi tanıyıb.&
Fərdi
525
14 İyul , 2020 12:35
Güləşçimizi məğlub edən Rusiya təmsilçisi olimpiya çempionu elan edildi
Bilal Maxov

Beynəlxalq Olimpiya Komitəsi (IOC) rusiyalı sərbəst güləşçi Bilal Maxovu 2012 London Yay Olimpiya Oyunlarının qalibi kimi tanıyıb. 

"Report" IOC-un rəsmi saytına istinadən xəbər verir ki, idmançının olimpiada vaxtı qazandığı bürünc medal qızılla əvəzlənib.

Bu, 120 kq çəki dərəcəsində birinci yeri tutmuş Özbəkistan təmsilçisi Artur Taymazov və ikinci yerin sahibi Davit Modzmanaşvilinin antidopinq qaydalarını pozmaları səbəbindən diskvalifikasiya edilmələri ilə əlaqədardır. London-2012-də yarımfinalçı olmuş Maxovla yanaşı, digər bürünc medalçı, iranlı Komeyl Qasemi də qızıl medal alacaq. 

Qeyd edək ki, Bilal Maxov London olimpiadasının 1/16 finalında Azərbaycan təmsilçisi Cəmaləddin Məhəmmədovu məğlub edib.