Güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək medal qazandı

Güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək medal qazandı
Fərdi
539
16 Fevral , 2020 23:45
Güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək medal qazandı

Azərbaycan idmançısı Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.

“Report” xəbər verir ki, təcrübəli güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidze ilə görüşüb.

Görüş 2:2 hesabı ilə bitib. Lakin, sonuncu xalı güləşçimiz qazandığı üçün qələbə onun hesabına yazılıb. 

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatını 5 medalla başa vurub. Ötən gün Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala sahib olub.