Güləş üzrə dünya çempionatı ilə bağlı qərar verildi

Güləş üzrə dünya çempionatı ilə bağlı qərar verildi Dünya Güləş Birliyi (UWW) dünya çempionatının 12 - 20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verib.
Fərdi
12 Oktyabr , 2020 21:42
Güləş üzrə dünya çempionatı ilə bağlı qərar verildi

Dünya Güləş Birliyi (UWW) dünya çempionatının 12 - 20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verib.

"Report"un məlumatına görə, sərbəst, yunan-Roma və qadın güləşçilərin qatılacaqları yarışın vaxtı və yeri UWW İcraiyyə Komitəsinin iclasında rəsmiləşib. Bu, milli federasiyalardan 70 faizinin mundialda iştiraklarını təsdiqləmələrindən sonra müəyyənləşib. Lakin yekun qərar noyabrın 6-da çempionatın təşkili ilə əlaqədar tövsiyələr nəzərdən keçirildikdən sonra qəbul olunacaq. 

Əvəzində gənclər arasında dünya çempionatı ləğv olunub.

Qeyd edək ki, dünya çempionatı Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Hələlik Azərbaycan təmsilçilərindən sərbəst güləşçi Şərif Şərifov (97 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) olimpiadada iştirak hüququ qazanıb. 

Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta keçirilib. 

Son xəbərlər

Orphus sistemi