Güləş üzrə Avropa olimpiya təsnifat turnirinin keçiriləcəyi şəhər müəyyənləşib

Güləş üzrə Avropa olimpiya təsnifat turnirinin keçiriləcəyi şəhər müəyyənləşib Güləş üzrə Avropa olimpiya təsnifat turnirinin keçiriləcəyi şəhər müəyyənləşib.
Fərdi
108
13 Sentyabr , 2019 12:46
Güləş üzrə Avropa olimpiya təsnifat turnirinin keçiriləcəyi şəhər müəyyənləşib

Güləş üzrə Avropa olimpiya təsnifat turnirinin keçiriləcəyi şəhər müəyyənləşib. 

Bu barədə "Report"un Qazaxıstanın paytaxtı Nur-Sultana ezam olunmuş əməkdaşına Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev məlumat verib. 

Onun sözlərinə görə, Dünya Güləş Birliyinin büro iclasında yarışın Macarıstanın paytaxtı Budapeştdə təşkili qərara alınıb. 

Qeyd edək ki, Avropa təsnifat turniri 2020-ci ilin martında olacaq. Namizədlər arasında Bakı şəhəri də olub. Dünya təsnifat turniri isə 2020-ci ilin aprelində Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq. Bu yarışlarda hər çəki üzrə finalçılar “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi