Güləş üzrə Avropa çempionatının iştirakçı sayı və medalları açıqlanıb

Güləş üzrə Avropa çempionatının iştirakçı sayı və medalları açıqlanıb İki ölkə siyasi səbəblərlə əlaqədar yarışdan imtina edib
Fərdi
6 Aprel , 2018 13:31
Güləş üzrə Avropa çempionatının iştirakçı sayı və medalları açıqlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Ukrayna və Böyük Britaniya yığmaları aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək güləş üzrə Avropa çempionatına qatılmaqdan imtina edib.

"Report"un məlumatına görə, bu addım siyasi motivlər üzündən atılıb. Nəticədə çempionat iştirakçılarının sayı 32-yə enib. Aralarında Azərbaycanın da olduğu iştirakçı ölkələr 224 medal uğrunda mübarizə aparacaq.

Yarışın medalları da hazırdır. Kvadrat formalı medallarda Avropa çempionatının simvolu əksini tapıb. Mükafatın diametri 7 sm, qalınlığı 7 mm-dir.

Qeyd edək ki, Avropa çempionatı mayın 6-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi