“Güləş ulduzları liqası”nın azərbaycanlı çempionu: “Böyüklər arasında ilk qızıl medalı qazandım”

“Güləş ulduzları liqası”nın azərbaycanlı çempionu: “Böyüklər arasında ilk qızıl medalı qazandım” Bu, yarışda, həmçinin çəkidə böyüklər arasında qazandığım ilk qızıl medalımdır.
Fərdi
2 Dekabr , 2024 13:39
“Güləş ulduzları liqası”nın azərbaycanlı çempionu: “Böyüklər arasında ilk qızıl medalı qazandım”
Ağanəzər Novruzov

Böyüklər arasında ilk qızıl medalı qazandım.

Bunu “Report”a açıqlamasında Qazaxıstanın paytaxtı Astanada keçirilən “Güləş ulduzları liqası”nda qızıl medal qazanan azərbaycanlı sərbəst güləşçi Ağanəzər Novruzov (74 kq) deyib.

19 yaşlı idmançı güclü rəqiblərlə qarşılaşdığını söyləyib:

“Güclü yarış idi. Turnirə təlim-məşq toplanışından sonra qatılmışdım deyə hədəfim çempionluq idi. Rəqiblərim arasında Rusiya, Qazaxıstan və Özbəkistanın ən yaxşı güləşçiləri yer almışdılar. Təşkilatçılıq da yüksək səviyyədə idi. Bu yarış hər il keçirilir. İlk dəfə idi orada iştirak edirdim. Böyüklər arasında ilk qızıl medalı qazandım”.

A.Novruzov dekabrda keçiriləcək Azərbaycan çempionatındakı hədəflərini açıqlayıb:

“Dekabrın 24-də Azərbaycan çempionatı keçiriləcək. Bu yarışda da birinciliyi hədəfləmişəm”.

Qeyd edək ki, Ağanəzər Novruzov “Güləş ulduzları liqası”nın finalında özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi