"Grand Chess Tour": Rəcəbovdan 3 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə

"Grand Chess Tour": Rəcəbovdan 3 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində daha 9 görüş keçirib.
Fərdi
142
21 İyun , 2021 20:30
Grand Chess Tour: Rəcəbovdan 3 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə
Teymur Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində daha 9 görüş keçirib.

"Report"un məlumatına görə, rapiddən sonra qrossmeyster bu dəfə blits oyununda qüvvəsini sınayıb.

İlk 3 görüşdə müvafiq olaraq Alireza Firuzca (FIDE), Uesli So (ABŞ) və Yan Nepomnyaşiyə (Rusiya) uduzan Rəcəbov, 4-cü oyunda Fabiano Karuanaya (ABŞ) qalib gəlib. 34 yaşlı şahmatçı növbəti iki görüşünü heç-heçə ilə başa vurub. O, əvvəlcə Riçard Rapport (Macarıstan), ardınca isə Maksim Vaşye-Laqravla (Fransa) xalları yarı bölüb.

Rəcəbov daha sonra Petr Svidler (Rusiya) və Levon Aronyanla (Ermənistan) duellərdən məğlub ayrılsa da, son qarşılaşmada Vladimir Kramnik (Rusiya) üzərində qələbə qazanıb.

Beləliklə, təcrübəli şahmatçı günü 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, Teymur Rəcəbov hazırda 11 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi