Gözəl Zutova: Mən hətta rəqibimi yerindən tərpədə bilmədim

Gözəl Zutova: Mən hətta rəqibimi yerindən tərpədə bilmədim 87 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Gözəl Zutova Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunları və bürünc mükafat qazana bildiyi “Alış” güləşinin çətinlikləri ilə bağlı təəssüratlarını bölüşüb.
Fərdi
11 Sentyabr , 2024 18:15
Gözəl Zutova: Mən hətta rəqibimi yerindən tərpədə bilmədim

Mən hətta rəqibimi yerindən tərpədə bilmədim.

Bunu "Report"un Qazaxıstan bürosuna açıqlamasında Azərbaycan güləşçisi Gözəl Zutova (87 kq) V Dünya Köçəri Oyunları və bürünc mükafat qazandığı alış güləşinin çətinlikləri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Pəhləvan yarışın mükəmməl təşkil olunduğunu bildirib:

“Qazaxıstan çox xoşumuza gəldi. Mən əvvəllər həm Almatıya, həm də Astanaya gəlmişəm. Buradakı insanlar çox mehribandırlar, idmançılara diqqətlə yanaşır, onlara hər cür kömək göstərirlər. Yarışın təşkili çox yaxşıdır”, - o vurğulayıb.

Azərbaycan güləşçisi qeyd edib ki, sentyabrın 10-da mükafatlar uğrunda mübarizədə üç görüş keçirib, onlardan birində qalib gəlib, ikisində rəqiblərinə uduzub. Qazax güləşinin alış növündə isə bu gün daha üç çətin görüşə çıxıb. İlk ikisində Türkiyə və Türkmənistandan olan idmançıları asanlıqla məğlub edib, üçüncüdə Qırğızıstandan olan rəqibinə uduzub:

“25 ildir idmanla məşğulam. Döyüşlərdə çəki fərqinə görə müəyyən çətinliklər yaşadım. Çəkim Qırğızıstandan olan idmançının çəkisindən (130-140 kq) iki dəfə azdır. Məni ən ağır çəki dərəcəsinə (+87 kq) daxil etmişdilər. Mən hətta rəqibimi yerindən tərpədə bilmədim”.

Alış növündə bürünc medal qazanan Azərbaycan güləşçisi bildirib ki, çəki dərəcəsində 22 nəfər olub:

“İndi daha bir qızımız yarışdı və qalib gəldi. Ona görə də daha bir bürünc medal qazandıq”.

G.Zutova qeyd edib ki, Astanaya Yaponiya, Çin, ABŞ və dünyanın digər ölkələrindən ən güclü güləşçilər gəlib.

Qeyd edək ki, Azərbaycan millisi V Dünya Köçəri Oyunlarının ilk günündə dörd medal (iki gümüş və iki bürünc) qazanıb. Oyunlarda iştirak etmək üçün Azərbaycandan Qazaxıstanın paytaxtına ümumilikdə 50 nəfər gedib ki, onların da 1/3-i güc idman növləri üzrə idmançılardır.

V Dünya Köçəri Oyunlarına 90 ölkədən ümumilikdə 2,5 min idmançı qatılıb.

Son xəbərlər

Orphus sistemi