Gözəl Zutova: "Erməni idmançıya dəmir yumruğun gücünü hiss etdirdim"

Gözəl Zutova: "Erməni idmançıya dəmir yumruğun gücünü hiss etdirdim" ""Onu vurduqca yenə vurmaq istəyirdim. Bir gün əvvəl çəkidə kəməri göstərib ucadan qışrırırdı ki, bu, mənim olacaq. Amma istəyinə çatmadı"
Fərdi
15 Noyabr , 2021 16:55
Gözəl Zutova: Erməni idmançıya dəmir yumruğun gücünü hiss etdirdim
Gözəl Zutova

"Bir gün əvvəl çəkiölçməyə çıxanda rəqiblə üz-üzə gəldim və onun sifətini gördüm. Gecəni yatmadım ki, səhər açılsın, onu əzim".

Bu fikirləri "Report"a açıqlamasında Türkiyənin İstanbul şəhərində Yusif Fighting Championship (YFC-9) təşkilatının keçirdiyi yarışda Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gələn Azərbaycanın MMA döyüşçüsü Gözəl Zutova deyib.

36 yaşlı idmançı rəqibi erməni olduğu üçün hirsinin daha da artdığını söyləyib: "Onu vurduqca yenə vurmaq istəyirdim. Bir gün əvvəl çəkidə kəməri göstərib ucadan qışqırırdı ki, bu, mənim olacaq. Amma istəyinə çatmadı. Müəllimim Yusif Əliyev mənə dedi ki, rəqibin sözlərinə fikir vermə, onun başını əz".

Zutova idmanda dostluq və qardaşlığın da olduğunu xatırladıb: "Bəzən qardaş qardaşı ilə də döyüşə bilər. Amma düşmənlə görüşəndə hər şey kənarda qalır. Bu, mənim 11-ci qarşılaşmam idi. Heç birində belə əsəbi olmamışdım. Şəhidlərimiz gözümün önünə gəlmişdi. Onu dəmir yumruqla vurdum, ona bizim dəmir yumruğun gücünü hiss etdirdim".

Son xəbərlər

Orphus sistemi