Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilib

Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilib Azərbaycan Cüdo Federasiyası Göygöl Olimpiya İdman Kompleksində bölgələrdən olan cüdoçular üçün təlim-məşq toplanışı təşkil edib.
Fərdi
7 Sentyabr , 2019 14:45
Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilib

Azərbaycan Cüdo Federasiyası Göygöl Olimpiya İdman Kompleksində bölgələrdən olan cüdoçular üçün təlim-məşq toplanışı təşkil edib. 

"Report"un məlumatına görə, məşqlər və seminarlar təcrübəli cüdo mütəxəssisləri Tərlan Poladov və Musa İsmayılov tərəfindən aparılıb. 

Toplanışda ölkənin müxtəlif regionlarından 200-dən çox yeniyetmə və gənc cüdoçu iştirak edib. Ənənə halı alan bu cür təlim-məşqlər yeni mövsümə hazırlıq xarakteri daşıyır. Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan seminarlarda bölgə məşqçilərinin nəzərinə cüdonun yeni qaydaları da çatdırılıb. Məşqlər və seminar bir həftə davam edib. 

Xatırladaq ki, bundan əvvəl federasiya Oğuz, Qəbələ, Mingəçevir, Qusar və Gürcüstanın Qori şəhərində region cüdoçuları üçün bu tipli toplanışlar keçirib.

Son xəbərlər

Orphus sistemi