Göygöldə cüdo üzrə Səfir Kuboku keçiriləcək

Fərdi
  • 10 may, 2023
  • 18:44
Göygöldə cüdo üzrə Səfir Kuboku keçiriləcək

Mayın 11-də Göygöl Olimpiya İdman Kompleksində 13 yaşa qədər yeniyetmə cüdoçular arasında “Yaponiya-Azərbaycan Dostluğu” Səfir Kuboku keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a verilən məlumata görə, turnir Gənclər və İdman Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin,ACF-in və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Yarışda 47 klub, cəmiyyət və idman təşkilatından olan 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə qızlar və oğlanlar 16 çəki dərəcəsində qalibləri müəyyələşdirəcəklər.

Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.