Goranboyda Azərbaycan polisinin 100 illiyinə həsr olunan cüdo üzrə yarış keçirilib - FOTO

Goranboyda Azərbaycan polisinin 100 illiyinə həsr olunan cüdo üzrə yarış keçirilib - FOTO Goranboy. 29 iyun. REPORT.AZ/ Goranboy Rayon Polis Şöbəsinin və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Goranboy rayon Xanqərvənd kənd orta məktəbində cüdo üzrə rayonlararası zona çempionatı keçirilib.
Fərdi
1249
29 İyun , 2018 13:47
Goranboyda Azərbaycan polisinin 100 illiyinə həsr olunan cüdo üzrə yarış keçirilib - FOTO

Goranboy. 29 iyun. REPORT.AZ/ Goranboy Rayon Polis Şöbəsinin və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Goranboy rayon Xanqərvənd kənd orta məktəbində cüdo üzrə rayonlararası zona çempionatı keçirilib.

Bu barədə "Report"a DİN mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, yarışda Goranboy, Ağdam, Bərdə, Naftalan rayonları və Mingəçevir şəhərindən ümumilikdə 120-dən çox yeniyetmə idmançılar iştirak edib. 

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Goranboy rayon Gənclər və İdman idarəsinin rəisi Elşad Həsənov yarışın Azərbaycan Polisinin 100 illiyinə həsr olunduğunu vurğulayaraq polis əməkdaşlarını təbrik edib, onlara bu çətin və şərəfli xidmətdə uğurlar arzulayıb. 

Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki, Fəqan Azadəliyev çıxış edərək müstəqil Azərbaycanın sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ictimai-siyasi sabitliyə əsaslandığını qeyd edib. 

O, bildirib ki, məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imicini daha da möhkəmləndirib: "Daxili İşlər Nazirliyi, onun ayrı-ayrı strukturları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində zəruri tədbirləri həyata keçirirlər. Dövlətinə, xalqına və prezidentinə yüksək sadiqlik nümayiş etdirən, qanunçuluğun keşiyində ləyaqətlə dayanan daxili işlər orqanları üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla davam etdirirlər". 

Daha sonra yarışlara start verilib. İki yaş kateqoriyası arasında keçirilən yarışda qalib gələn cüdoçulara diplom və medallar təqdim olunub. 

Bundan başqa Goranboy RPŞ rəhbərliyinin təşəbbüsü ilə “Tamaşaçı rəğbəti qazanan”, “Ən əzimkar iştirakçı” və “Ən texnikalı döyüşçü” nominasiyaları üzrə bir neçə iştirakçıya diplom və qiymətli hədiyyələr verilib. 

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçuları həvəsləndirmək, onlara qələbəyə gedən yolun əzimkarlıqdan, yüksək idman texniksından ibarət olduğunu aşılamaqdan ibarət olub. 

Son xəbərlər

Orphus sistemi