Gimnastımız Misirdə gümüş medal qazandı

Gimnastımız Misirdə gümüş medal qazandı Azərbaycanın idman gimnastı Cavidan Babayev Misirdə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
Fərdi
7 İyun , 2021 13:19
Gimnastımız Misirdə gümüş medal qazandı

Azərbaycanın idman gimnastı Cavidan Babayev Misirdə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, təsnifatda halqalarla çıxışına görə finala adlayan idmançı həlledici mərhələdə fəxri kürsünün ikinci pilləsinə yüksəlməyi bacarıb.

Sərbəst hərəkətlər üzrə finala vəsiqə qazanan Murad Ağarzayev isə yekunda 6-cı yerlə kifayətlənməli olub.

Qeyd edək ki, 3 - 6 iyunda təşkil olunmuş Dünya Kubokunda Azərbaycanı 3 gimnast təmsil edib. Babayev və Ağarzayevlə yanaşı, Sərvər Əliyev də yarışda qüvvəsini sınayıb.

Son xəbərlər

Orphus sistemi