Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir

Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir.
Fərdi
25 Yanvar , 2021 16:07
Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir.

"Report" xəbər verir ki, federasiyanın Nizamnaməsinə əsasən, builki yığıncaq hesabat-seçki xarakteri daşıyır.

Əvvəlcə gimnastika ailəsinin ötən beş ildə dünyasını dəyişən üzvlərinin və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Gimnastika Federasiyasının son beş ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edən federasiyanın vitse-prezidenti Altay Həsənov Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, o cümlədən mötəbər yarışlarda gimnastika üzrə əldə olunan nailiyyətlər barədə məlumat verib.

Sonra federasiyanın baş mühasibi Viktoriya Abuşova 2020-ci il üzrə maliyyə hesabatını təqdim edib.

Son xəbərlər

Orphus sistemi