Gənclər və İdman Nazirliyi Zərdabda direktor vəzifəsi üçün yenidən işə qəbul elan edib

Gənclər və İdman Nazirliyi Zərdabda direktor vəzifəsi üçün yenidən işə qəbul elan edib Gənclər və İdman Nazirliyi Sabunçu və Zərdab “Gənclər evi” sosial-xidmət müəssisəsində direktor vəzifəsinə işə qəbul elan edib.
Fərdi
27 Aprel , 2022 13:13
Gənclər və İdman Nazirliyi Zərdabda direktor vəzifəsi üçün yenidən işə qəbul elan edib

Gənclər və İdman Nazirliyi Sabunçu və Zərdab “Gənclər evi” sosial-xidmət müəssisəsində direktor vəzifəsinə işə qəbul elan edib.

Nazirliyin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 35 yaşadək namizədlərdən gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı və minumum bir xarici dil bilmək tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini mayın 6-dək müvafiq ünvana göndərməlidir.

Qeyd edək ki, Zərdab “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə iddia edən namizədlər arasından keçən olmadığı üçün təkrar elan verilib. Daha öncə bu vakansiya üzrə müraciət edənlər təkrar müraciət edə bilməz.

Son xəbərlər

Orphus sistemi