Gənclər və İdman Nazirliyi 3 idman obyektinə direktor axtarır

Gənclər və İdman Nazirliyi 3 idman obyektinə direktor axtarır Gənclər və İdman Nazirliyi İmişli ilə Tərtərdəki Olimpiya İdman Komplekslərinin, həmçinin Müşviqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-nin direktoru vəzifəsinə vakansiya elan edib.
Fərdi
16 Mart , 2022 14:34
Gənclər və İdman Nazirliyi 3 idman obyektinə direktor axtarır

Gənclər və İdman Nazirliyi İmişli ilə Tərtərdəki Olimpiya İdman komplekslərinin, həmçinin Bakının Müşfiqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-nin direktoru vəzifəsinə işə qəbul elan edib.

"Report" nazirliyin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 30-dək müvafiq ünvana göndərməlidir.

Son xəbərlər

Orphus sistemi