Gənclər və İdman Nazirliyi 2020-ci ilin hesabatını açıqladı

Gənclər və İdman Nazirliyi 2020-ci ilin hesabatını açıqladı Gənclər və İdman Nazirliyinin 2020-ci üçün hesabatı
Fərdi
30 Dekabr , 2020 14:35
Gənclər və İdman Nazirliyi 2020-ci ilin hesabatını açıqladı

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) 2020-ci il üçün hesabatı açıqlanıb.

AGİN-in Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, qurumun cari il üçün təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkədə 64 respublika birinciliyi, 22 beynəlxalq yarış təşkil edilib.

68 beynəlxalq yarışda ölkə yığmalarının iştirakı təmin olunub.

Ümumilikdə, 2020-ci il ərzində Gənclər və İdman Nazirliyinin Mərkəzi Aparatının dəstəyi ilə gənclər siyasəti sahəsində 148 tədbir keçirilib. Onlardan 129-u yerli, 19-u isə beynəlxalq səviyyəli olub.

Tədbirlərin 116-sı virtual məkanda, 32-i isə əyani olaraq gerçəkləşib. 14 nəfər xarici ölkələrə ezam olunub, 98 nəfər isə Azərbaycanda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi