Gənclər və idman naziri: "Olimpiadada bəzi idmançılardan gözləntilərimiz daha çox idi"

Gənclər və idman naziri: "Olimpiadada bəzi idmançılardan gözləntilərimiz daha çox idi" Yay Olimpiya Oyunlarında bəzi idmançılardan gözləntilərimiz daha çox idi.
Fərdi
25 Dekabr , 2024 10:41
Gənclər və idman naziri: Olimpiadada bəzi idmançılardan gözləntilərimiz daha çox idi

Yay Olimpiya Oyunlarında bəzi idmançılardan gözləntilərimiz daha çox idi.

Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, idmançıları dəstəkləməyin vacibliyini vurğulayıb:

"Daim onların yanında olmalıyıq. Təbii ki, planımız var idi. İki aydan bir federasiyalarla görüşlər keçiririk. Hər məsələni müzakirə etməyə, bütün qurumları dinləməyə çalışırıq. Onların proqnozları və təhlilləri əsasında təxminlərimiz oldu. Bu, idmandır. Yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kq) qızıl mükafat əldə etmək imkanı var idi. Amma alınmadı. Düşünürəm ki, gəncdir və növbəti olimpiadaların birində bizi sevindirəcək”.

Nazir Qış Olimpiya Oyunlarında Azərbaycandan olan idmançıların çıxış etməsini istədiklərini söyləyib:

"Buna vaxt lazımdır. Yanvarda Şahdağda Dünya Kuboku keçiriləcək. Orada idmançılarımız mübarizə aparacaq. Bizdə standartlara uyğun buz meydançası da istifadəyə verilib. Şənbə-bazar getmək istəyən yer tapa bilməyəcək. Uzun növbələr var. Kompleks üçün maliyyə qazanmaq baxımından yaxşıdır. Kütləvilikdən də idmançılar çıxır. Fiqurlu konkisürmə və hokkey bölmələri var. Körlinq üçün Türkiyədən mütəxəssis də dəvət etmişik. Bu il Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma idman növünü görmək istəyirdim. Daha əvvəl iştirak ediblər, amma bu dəfə alınmadı. Dadaş Dadaşbəyli kimi yaxşı idmançımız var. Avropa çempionudur, dünya çempionatında gümüş medal qazanıb. Ona ümidlərimiz böyükdür. Atçılığı da görmək istərdim, bu dəfə olmadı. Demək olar ki, bütün olimpiya idman növləri inkişafdadır".

Son xəbərlər

Orphus sistemi