Gənclər və idman naziri Nəriman Abbasovla görüşüb

Gənclər və idman naziri Nəriman Abbasovla görüşüb Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüsü Nəriman Abbasovla görüşərək onu təbrik edib və bundan sonrakı yarışlarda da qələbələr arzulayıb. Xatırladaq ki, Nəriman Abbasov “AMC Fight Nights” turnirində Şamil Zavurovu məğlub edərək növbəti dəfə öz
Fərdi
21 Sentyabr , 2021 20:07
Gənclər və idman naziri Nəriman Abbasovla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüsü Nəriman Abbasovla görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, F.Qayıbov 27 yaşlı idmançını təbrik edib və ona bundan sonrakı yarışlarda da qələbələr arzulayıb.

Qeyd edək ki, Abbasov "AMC Fight Nights" turnirində rusiyalı Şamil Zavurovu məğlub edərək növbəti dəfə öz titulunu qoruyub. İndiyədək 30 döyüş keçirən idmançı bunlardan 27-də qalib gəlib.

Son xəbərlər

Orphus sistemi