Olimpiya komplekslərində məşqlərə icazə verildi

Olimpiya komplekslərində məşqlərə icazə verildi Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada idman tədbirlərinin keçirilməsinə verdiyi icazə ilə bağlı açıqlama yayıb.
Fərdi
475
31 May , 2020 14:17
Olimpiya komplekslərində məşqlərə icazə verildi
Gənclər və İdman Nazirliyi / Report

Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada idman tədbirlərinin keçirilməsinə verdiyi icazə ilə bağlı açıqlama yayıb. 

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, açıqlamada bildirilir:

"Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir; 

Federasiyaların nazirliyə sifarişləri nəzərə alınaraq, Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyaların nazirliyə gündəlik hesabatlar vermələri şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya komplekslərində məşqlərinə icazə verilir;

İdmançıların regionlardakı Olimpiya komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydaları (ezamiyyə icazəsi) əsasında aparılacaq".

Son xəbərlər

Orphus sistemi