Gənc cüdoçuların Bakı birinciliyi başladı

Gənc cüdoçuların Bakı birinciliyi başladı Hövsanda yerləşən FHN İdman Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.
Fərdi
6 Fevral , 2020 20:23
Gənc cüdoçuların Bakı birinciliyi başladı

Hövsanda yerləşən FHN İdman Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.

"Report"un məlumatına görə, iki gün davam edəcək paytaxt birinciliyində 25 klubdan 217 gənc cüdoçu (191 oğlan və 26 qız) medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günü qızlar arasında üç çəki dərəcəsində (44 kq, 52 kq, 63 kq) qaliblər müəyyənləşib.

Oğlanların mübarizəsində isə 55 kq, 66 kq, 81 kq və 100 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıb. 

Oğlanlar

55 kq Cəlalov Sadiq

66 kq Ələsgərli Nihad

81 kq İmamverdiyev Məhərrəm

100 kq Nəsirli Ruslan


Qızlar

44 kq İbrahimova Əsma

52 kq Məmmədova Mələkxanım

63 kq Hüseynova Leyla

Son xəbərlər

Orphus sistemi