Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi olub - YENİLƏNİB

Fərdi
  • 09 noyabr, 2025
  • 17:41
Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi olub - YENİLƏNİB

Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edir.

Gəncə İdman Sarayında Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimində nazir çıxış edərək idmançılara yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, yarışda ümumilikdə 20 ölkədən 380 gimnast iştirak edir. Gimnastlar gənclər və 15 yaşadək idmançılar kateqoriyasındadırlar. Onlar fərdi, üçlük, qarışıq cütlük, qrup və aerodans proqramları üzrə çıxış edəcəklər. Yarışın ilk günü təsnifat mərhələsidir.

Gəncə şəhərində Aerobika gimnastikası üzrə Avropa çempionatı start götürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, çempionatda 20 ölkənin gimnastları (gənclər və 15 yaşadək) mübarizə aparacaqlar.

Gəncə İdman Sarayında keçiriləcək yarışların açılış mərasimi bir neçə saat sonra olacaq. İlk olaraq (9-11 noyabr) yeniyetmə və 15 yaşadək idmançılar, daha sonra (14-16 noyabr) gənclər yarışa qatılacaqlar.

Ümumilikdə 20 ölkədən, 380 gimnast fərdi, üçlük, qarışıq cütlük, qrup və aerodans proqramları üzrə çıxış edəcəklər. Yarışın ilk günü təsnifat mərhələsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti