Gəncə. 5 mart. REPORT.AZ/ Gəncə şəhərindəki
"Report" xəbər verir ki, Heydər Əliyev Mərkəzinin önündən başlayan mərasim Amfiteatrda davam edib.
Tədbirdə gənclər və idman naziri
A.Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, bu bayramın Gəncədə keçirilməsi təsadüfi deyil. Nazir Gəncənin son illər Avropanın mədəniyyət və gənclər paytaxtı seçildiyini xatırladıb: "Bu il Gəncə Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) qərarına əsasən idman şəhəri kimi təyin olunub. Biz burada il ərzində müxtəlif kütləvi tədbirlər keçirəcəyik. Məqsədimiz sağlam həyat tərzinin təbliği, bütün idmançıların bir araya gətirilməsi və sözsüz ki, növbəti illərdə Gəncədə yeni çempionların Azərbaycan bayrağını ucaltmalarından ibarətdir".