Gənc boksçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunub

Gənc boksçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunub Gənc oğlan boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.
Fərdi
3 Mart , 2022 09:38
Gənc boksçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunub

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, ABF-nin qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.

Bunadək qadınlardan ibarət yığmada baş məşqçi vəzifəsini yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq.

Onun ilk sınağı 10 - 22 apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bugünlərdə təlim-məşq toplanışına başlayacaq.

Son xəbərlər

Orphus sistemi