Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsr olunmuş “Yaşıl marafon" keçirilib.
Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan turnirdə 2010-2011-ci il təvəllüdlü uşaqlar 1.609 km məsafəni qət ediblər.
Qadınlar arasında Fidan Mustafazadə (5.28) birinci olub. Aynur Əsgərova (5.52) və Həbibə Əsgərova (6.16) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Kişilər arasında Rihad Mustafayev (3.50), Samid Əliyev (4.25), Cahid İbrahimov (4.26) ilk üçlükdə qərarlaşıblar.
Yarışdan əvvəl təmizlik aksiyası təşkil olunub. Aksiya zamanı ərazilərdə təmizlik işləri aparılıb. Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması və əhalinin sağlam həyat tərzinə cəlb olunmasıdır.