Rektor: "Ötən ilin ən yüksək keçid balları İdman Akademiyasında olub"

Rektor: "Ötən ilin ən yüksək keçid balları İdman Akademiyasında olub" "Son bir il ərzində boks, voleybol, basketbol və həndbol zalları əsaslı təmir olunub və müvafiq idman avadanlıqları və inventarlarları ilə təmin edilib. Bu gün də müasir standartlara uyğun güləş zalı istifadəyə verildi. Bununla da doqquz idman zalı və bir
Fərdi
23 Sentyabr , 2020 15:38
Rektor: Ötən ilin ən yüksək keçid balları İdman Akademiyasında olub
Fuad Hacıyev

"Son bir il ərzində boks, voleybol, basketbol və həndbol zalları əsaslı təmir olunub, müvafiq idman avadanlıqları və inventarlarlarla təmin edilib. Bu gün də müasir standartlara uyğun güləş zalı istifadəyə verildi. Bununla da 9 idman zalı və 1 atıcılıq tiri olmaqla, 3 700 kv. metrlik tikinti sahəsində əsaslı təmir və yenidənqurma işləri görmüşük. Sadalanan obyektlər yeni tədris ili üçün nəzərdə tutulub".

"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyev akademiyada güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

F.Hacıyev bildirib ki, bu gün əsas məqsəd tələbələrin, professor-müəllim heyətinin sağlamlığının qorunmasıdır: "Bunun üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə sanitar-epidemioloji tələblərə uyğun bütün şərait yaradılıb. Akademiyada giriş-çıxıların sayı 3-dək artırılıb. Tələbə girişində universal, professor-müəllim heyətinin inzibati girişində personal termokameralar, teplovizorlar quraşdırılıb. Sosial məsafənin gözlənilməsi məqsədilə xüsusi işarələnmə işləri aparılıb. Maskaların taxılması önəmlidir. Təhsil müəssisəsində tibbi-profilaktik dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin mütəmadi həyata keçirilmə məsələsi gündəlikdədir. Tələbə sıxlığı nəzərə alınaraq, onlar yarımqruplara bölünüblər. 65 yaşdan yuxarı və ya risk qrupuna daxil olan müəllimlərin distant və əyanı təhsildə iştirakı tənzimlənib".

Bu ilin noyabrında akademiyanın 90 illiyi tamam olur. F.Hacıyevin sözlərinə görə, ötən il təsis olunmuş "Tibb Elmləri və Pedaqogika" üzrə fəlsəfə və elmlər doktoru səviyyələri üzrə doktorantura yaradılıb: "Bu il artıq 12 nəfər fəlsəfə doktoru, 3 nəfər elmlər doktoru tibb elmləri və pedoqogika sahəsində tədris prosesinə başlayacaq”.

Qabiliyyat imthanları ləğv olunduğu üçün abituriyentlərin ADBTİA-ya axın etmələrinə münasibət bildirən rektorun sözlərinə görə, ötən ilin ən yüksək keçid balları məhz burada olub: "Bu, gözlədiyimiz böyük göstəricidir. Fiziki tərbiyə müəllimliyində də ən böyük göstərici bizdə olub. Bəzi fakültələrdə 400-500 bal toplamış tələbələr təhsil alır. Sabah qrupları layihəsinə başlamışıq. Burada 15 nəfərlik yarımqrupa 40 nəfər tələbə iddialı idi. Burada növbəti tədris ilində ingilis dilində tədrisə başlayacaqlar. Bunlar bizim gələcəyimizdir. 4 mindən çox insan qabiliyyət imtahanı üçün müraciət edib. Biz hökumətdən xahiş etdik ki, bu dəfə pandemiya ilə əlaqədar fiziki hazırlıq üzrə qabiliyyət imtahanı qəbul edilmiş hesab olunsun. Testdən keçənlər qabiliyyət imtahanına keçmiş sayıldılar".

F.Hacıyev İdman Menecmenti və Kommunikasiya ixtisasının idman jurnalsitikasının bakalavr səviyyəsindəki modeli olduğunu vurğulayıb: "Magistraturada isə idman junalistikası ixtisası yaradılıb. Bakı Dövlət Universistetinin Jurnalistika fakültəsindən, digər universitetlərin humanitar fənlərindən gəlib bu konkursda, müsabiqədə iştirak edə bilərlər. Bizim gələcək hədəfimiz odur ki, bədən tərbiyəsi sahəsini bilən mütəxəssislər hazırlayaq. Gələcəkdə magistr ixtisası daha böyük nəticə verə bilər".

Son xəbərlər

Orphus sistemi