Fransalı MMA döyüşçüsü intihar edib

Fransalı MMA döyüşçüsü intihar edib Fransız MMA döyüşçüsü Pyer Lüde Marseldəki mənzilində ölü tapılıb.
Fərdi
27 Yanvar , 2022 04:38
Fransalı MMA döyüşçüsü intihar edib

Fransız MMA döyüşçüsü Pyer Lüde Marseldəki mənzilində ölü tapılıb.

"Report" xəbər verir ki, bu barədə "L'Ardennais" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 22 yaşlı idmançı xüsusi təyinatlı polis bölməsində xidmət edib.

Həmçinin bildirilir ki, Lüde milli polis xidmətinin intihar edən doqquzuncu əməkdaşıdır.

Ludenin peşəkar karyerası 2017-ci ildə başlayıb. Onun altı qələbəsi və bir məğlubiyyəti var. 2019-cu ildə fransalı "M-1 Challenge 101" turnirində döyüşüb və o, qazaxıstanlı döyüşçü Assu Almabayevə məğlub olub.

Son xəbərlər

Orphus sistemi