Yuxarı
    Bağlamaq

    Fransalı dünya çempionu: "Azərbaycanda güləşçilər bizim tennisçilər qədər qazanırlar"

    Melonen Numonvi: Dünya çempionatının finalında udduğum Saman Təhmasibi məndən yaxşı yaşayır

    Bakı. 29 noyabr. REPORT.AZ/ "Fransanın yox, Azərbaycanın güləşçisi kimi dünya çempionu olsaydım, həyatımı ömürlük təmin edərdim". "Report"un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə son dünya çempionu Melonen Numonvi Fransa mətbuatına müsahibəsində deyib.

    Fransada bütün dövrlərin ən yaxşı güləşçisi seçilmiş Numonvi bildirib ki, bu il Özbəkistanın paytaxtı Daşkənddə 85 kq çəki dərəcəsində əldə etdiyi dünya çempionluğu onun həyatında elə də dəyişikliyə səbəb olmayıb. 32 yaşlı pəhləvanın fikrincə, çempionatın finalında məğlub etdiyi Saman Təhmasibi Azərbaycanda əsl peşəkarcasına münasibət görür: "Mənim üçün çardaqda və ya villada yaşamağın fərqi yoxdur. Amma Azərbaycan tam başqa dünyadır. Onlar peşəkardırlar və yaxşı əmək haqqı alırlar. Azərbaycan və Rusiyada güləşçilər bizim tennisçilər qədər qazanırlar. Dünya çempionatının finalında udduğum Təhmasibi məndən yaxşı yaşayır. Belə uğurlar onların həyatlarını dəyişdirir".

    Hazırda Fransada güləş üzrə cəmi 3 dünya çempionu olsa da, Numonvi deyir ki, ölkəsində bu növ çox acınacaqlı durumdadır. Amma o, ruhdan düşməyəcəyini və yenə yüksək nailiyyətlər üçün mübarizə aparacağını əlavə edib.

    Qeyd edək ki, Melonen Numonvi güləşlə doğulduğu Toqoda məşğul olmağa başlayıb. Onu babası Parisə gətirərək, məktəbə yazdırıb. Numonvi 2009-cu ildə dünya çempionatının gümüş, 2006, 2007 və 2013-cü illərdə Avropa çempionatının bürünc medalını qazanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi