Fransanın əksər vətəndaşları ölkənin 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Olimpiya və Paralimpiya Oyunlarına hazır olmadığını düşünürlər.
“Report” xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 52 faizi mötəbər yarışın Fransada baş tutmasına qarşıdır.
Səsvermədə 18 yaşdan yuxarı 1000-dən çox adam iştirak edib. Qadınların 55 faizi dünyanın müxtəlif ölkələrindən idmançıları və tamaşaçıları qəbul etmək gücündə olmadıqları qənaətindədir. Kişilərin isə 50 faizi bu fikirdədir.
Əsasən 35-64 yaş arası respondentlər (56-57%) olimpiadanın təşkili ilə bağlı suala mənfi cavab veriblər. 18-24 yaş arası fransızların da çoxu (54%) bu cür düşünürlər. 25-34 yaş aralığında iştirakçıların yarısından çoxu, əksinə, müsbət rəy verib - 51%.
Ölkəyə ən çox inananlar isə 65 yaşdan yuxarı olanlardır. Onların 55%-i olimpiadaya hazır olduqlarına inanır.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul – 11 avqust aralığında Parisdə keçiriləcək.