Fransa və Azərbaycan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək

Fransa və Azərbaycan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək Görüş dekabrın 4-də Parisdə təşkil olunacaq
Fərdi
1 Dekabr , 2014 10:38
Fransa və Azərbaycan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək
Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Parisdə Fransa və Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. "Report"un Fransa Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, tədbir "Bakı-2015" I Avropa Oyunlarına dəstək məqsədilə təşkil olunacaq. 

Görüş iki ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələcək. Tədbir həm də 2017-ci ildə Parisdə keçiriləcək dünya çempionatı öncəsi Fransada əhalinin güləşə marağını yüksəltməyə xidmət edir. 

Heyətə gəldikdə, Azərbaycanın qadın güləşçilərindən Patimat Baqomedova (48 kq), Mariya Stadnik (53 kq), Alyona Kolesnik (55 kq) və Nataliya Sinişin (58 kq), sərbəst güləşçilərdən Mahmud Məhəmmədov (57 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), yunan-Roma güləşçilərindən isə Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq) və İslam Abbasov (85 kq) xalça üzərinə çıxacaq. 

Qeyd edək ki, Qış Sirkində təşkil olunacaq yoldaşlıq görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi