Fransa Milli Assambleyasının Fransa - Azərbaycan dostluq qrupunun rəhbəri Azərbaycan Taekvondo Federasiyasında olub

Fransa Milli Assambleyasının Fransa - Azərbaycan dostluq qrupunun rəhbəri Azərbaycan Taekvondo Federasiyasında olub Qonaq əvvəllər taekvondo ilə məşğul olub
Fərdi
6 Noyabr , 2017 14:59
Fransa Milli Assambleyasının Fransa - Azərbaycan dostluq qrupunun rəhbəri Azərbaycan Taekvondo Federasiyasında olub

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Fransa Milli Assambleyasının Fransa - Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Azərbaycan Taekvondo Federasiyasında (ATF) olub. "Report"un məlumatına görə, qonaq əvvəllər taekvondo ilə məşğul olduğu və idmana rəğbət bəslədiyi üçün bu addımı atıb. 

Onunla birgə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və Xarici İşlər Nazirliyinin nümayəndələri də federasiyanın idman kompleksi, milli komandanın və uşaq-yeniyetmə qruplarının məşq prosesi ilə, eləcə də kompleksdə taekvondoçulara yaradılan şəraitlə tanış olublar. Nümayəndə heyətinə taekvondonun inkişafı, nailiyyətləri və ATF-nın fəaliyyəti haqda ətraflı məlumat verilib. 

Sonda ATF-nın idman nəticələri muzeyi ilə tanış olan qonaqlar milli komanda və uşaq-yeniyetmə idmançılar ilə xatirə şəkilləri çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi