Mixael Şumaxerin müalicəsinə xərclənən vəsaitin məbləği açıqlanıb

Mixael Şumaxerin müalicəsinə xərclənən vəsaitin məbləği açıqlanıb O, bir həftəlik müalicəyə 115 min funt sterlinq sərf edir
Fərdi
30 Dekabr , 2016 15:45
Mixael Şumaxerin müalicəsinə xərclənən vəsaitin məbləği açıqlanıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Ötən illərin məşhur almaniyalı Formula 1 pilotu Mixael Şumaxerin müalicə xərcləri 14 milyon funt sterlinqə yaxınlaşır. 

“Report”un “Mirror”a istinadən verdiyi məlumata görə, Şumaxerin həftəlik müalicəsə 115 min funta başa gəlir. Üç il ərzində onun sağlıq durumunun bərpasına 13,8 miyon funt sərf olunub.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilın sentyabrından İsveçrədəki evində davam etdirilir. Almaniyalı pilot 1991 - 2012-ci illərdə "Benetton", "Ferrari" və "Mersedes" komandalarında çıxış edib. O, 7 qat (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004) dünya çempionu, Formula 1-də qələbə (91), podium (155), bir mövsümə qələbə (13) və ardıcıl çempionluqlar (5) sayında rekordçudur. 

Son xəbərlər

Orphus sistemi