"Formula 2": Sıralama turunun qalibi bəlli oldu - YENİLƏNİB

"Formula 2": Sıralama turunun qalibi bəlli oldu - YENİLƏNİB Yarış 15:00-dək davam edəcək
Fərdi
4 İyun , 2021 15:00
Formula 2: Sıralama turunun qalibi bəlli oldu - YENİLƏNİB

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

"Report"un məlumatına görə, "Hitech Grand Prix" komandasından Liam Louson bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Onun komanda yoldaşı Yuri Vips ikinci, "Prema Racing"də Oskar Piastri üçüncü yeri tutub.

Səhər saatlarında keçirilmiş sərbəst yürüşü Yuri Vips qazanıb.

Qeyd edək ki, iyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

14:30

“Formula 2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

"Report"un məlumatına görə, yarış 15:00-dək davam edəcək.

Səhər saatlarında keçirilmiş sərbəst yürüşü "Hitech Grand Prix" komandasından Yuri Vips qazanıb.

Qeyd edək ki, iyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi