"Formula 2": İlk sprint yarışının qalibləri mükafatlandırıldı - YENİLƏNİB

"Formula 2": İlk sprint yarışının qalibləri mükafatlandırıldı - YENİLƏNİB "Prema Racing" komandasından Robert Şvartsman bütün rəqiblərini qabaqlayıb
Fərdi
5 İyun , 2021 12:30
Formula 2: İlk sprint yarışının qalibləri mükafatlandırıldı - YENİLƏNİB

"Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk sprint yarışının qalibləri mükafatlandırılıb.

"Report"un məlumatına görə, "Prema Racing" komandasından Robert Şvartsman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Carlin"dən Daniel Tiktum ikinci, "Uni-Virtuosi Racing"dən Quan Qjou üçüncü yeri tutub.

Saat 13:00-da "Formula 1" pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

12:14

"Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk sprint yarışı başa çatıb.

"Report"un məlumatına görə, "Prema Racing" komandasından Robert Şvartsman bütün rəqiblərini qabaqlayıb.

Saat 13:00-da "Formula 1" pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

11:25

"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə start verilib.

"Report"un məlumatına görə, pilotlar ilk sprint yarışında mübarizəyə başlayıb.

Saat 13:00-da "Formula 1" pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq.

Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi