Formula 2: Antonio Fuoko və Coni Sekotto qəza törədib

Formula 2: Antonio Fuoko və Coni Sekotto qəza törədib Hər iki pilot mübarizəni dayandırıb
Fərdi
24 İyun , 2017 12:50
Formula 2: Antonio Fuoko və Coni Sekotto qəza törədib
Report.az

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda keçirilən Formula 2 yarışının VII mərhələləsində iki qəza baş verib. 

“Report”un məlumatına görə, əvvəlcə Antonio Fuokonun (İtaliya, Prema Racing) idarə etdiyi bolid rəqibin maşınına dəyib, daha sonra səddə çırpılıb.

Nəticədə A.Fuoko yarışı yarımçıq dayandırıb. Onun idarə etdiyi bolid kran vasitəsi ilə trassdan götürülüb.

Daha sonra Coni Sekottonun (Venesuela, Rapax) bolidi səddə dəyərək yararsız hala düşüb və mübarizəni dayandırıb.

Qeyd edək ki, iyunun 23-də Formula 1 Azərbaycan Qran Prisinin sərbəst yürüşləri zamanı 3 qəza baş verib.

Son xəbərlər

Orphus sistemi