Yuxarı

"Formula-1"lə əlaqədar Bakıda asfalt örtüyü 8 sm-dək qalınlıqda dəyişiləcək

Azad Rəhimov: Biz buna məcburuq və edəcəyik

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Formula-1"lə bağlı işlər gedir, tenderlər keçirilir". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, 2016-cı il iyunun 19-da Bakıda keçiriləcək Avropa Qran Prisi zamanı ən mühüm və Bakı sakinlərini narahat edən məsələ yolların bağlanması olacaq. Digər tərəfdən, Beynəlxalq Avtomobil İdmanı Federasiyasının tələbinə əsasən, asfalt örtüyü 6-8 sm qalınlığında dəyişiləcək. Bu, maşınların sürəti ilə əlaqədardır: "Ona görə də biz buna məcburuq və edəcəyik. Bəzi hallarda səkilər kəsiləcək və ya yol kənarındakı dirəklərin yerləri dəyişiləcək. Ancaq heç bir problem yoxdur və iş öz qaydası ilə gedir".

Nazir Bakıda keçiriləcək daha bir idman yarışı - 2017-ci il İslam Həmrəyliyi Oyunlarının proqramındakı həndbol növünün vəziyyətinə də toxunub. O bildirib ki, həndbolu inkişaf etdirmək üçün ilk olaraq, regionlara üz tutmaq, Olimpiya Komplekslərində müvafiq bölmələr açmaq lazımdır: Həmin bölmələrə federasiya tərəfindən məşqçilər göndərilməlidir. Uşaqlarımız idmana meyillidirlər. Uşaqların seleksiyaları tam pulsuz və sərbəstdir. Bu işi inanmıram ki, IV İslam Oyunlarına qədər yüksək səviyyədə çatdıraq. Amma komandamız var və çıxış edir. Hazırda federasiya ilə birgə işimiz, məqsədimiz odur ki, komandanı daha yüksək səviyyədə hazırlayaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi