​"Formula-1" yarışçısı Luis Hemilton Almaniya Qran-prisinin qalibi olub

​"Formula-1" yarışçısı Luis Hemilton Almaniya Qran-prisinin qalibi olub "Red Bull"un avstraliyalı yürüşçüsü Daniel Rikkyardo ikinci yeri tutub
Fərdi
31 İyul , 2016 23:49
​Formula-1 yarışçısı Luis Hemilton Almaniya Qran-prisinin qalibi olub

Bakı. 31 iyul. REPORT.AZ/ "Mercedes" komandasının heyətində çıxış edən britaniyalı Luis Hemilton "Formula-1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 12-ci mərhələsi – Almaniya Qran-prisinin qalibi olub.

"Report" xəbər verir ki, "Hokkenhaymrinq" trasında ikinci yeri "Red Bull"un avstraliyalı yürüşçüsü Daniel Rikkyardo, üçüncü yeri isə onun holland komanda yoldaşı Maks Ferstappen tutub.

Hemilton ümumi hesabda Niko Rosberqlə arasında olan xal fərqini artırıb. Britaniyalı 217 xal ilə liderdir, Rosberqin 198 xalı var. Üçlüyü Rikkyardo (133) qapayır.

"Formula-1"in növbəti mərhələsi 26-28 avqust tarixlərində Belçikada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi